AZ

Bakıda ər ona cavab qaytaran arvadını döydü

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 28-də baş verib. Tovuz rayon sakini, 1984-cü il təvəllüdlü Əsəd həmin gün saat 23 radələrində yaşadıqları evin qonaq otağında həyat yoldaşı Sevil (adlar şərtidir – red.) ilə mübahisə edib.Bu zaman Əsəd arvadının ona cavab qaytarmasından əsəbləşib və yumruqla bir dəfə qadının baş nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Fakta görə Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş də ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
demokrat.az

1Mənbələr