AZ

BMT-nin Baş katibi ABŞ-ı İrandakı mülki hədəflərə hücum etməməyə çağırdı

BMT-nin Baş katibi António Guterres ABŞ və İsraili İrandakı elektrik stansiyalarına və digər mülki infrastrukturlara hücum etməməyə çağırdı.

Herbiand.az xəbər verir ki, baş katibin sözçüsü Stefan Dujarric 6 aprel Bazar ertəsi günü Nyu-Yorkda bu cür hücumların beynəlxalq hüququ pozduğunu bildirib.

Dujarricin sözlərinə görə, "müəyyən mülki infrastruktur hərbi məqsəd kimi təsnif edilə bilsə belə, mülki şəxslərə "həddindən artıq" zərər vurulacağı təqdirdə beynəlxalq humanitar hüquq yenə də ona hücumları qadağan edəcək".

O, həmçinin əlavə etdi ki, Guterreşin fikrincə, "tərəflərin bu münaqişəyə son qoymasının vaxtı çoxdan keçib".

Seçilən
32
herbiand.az

1Mənbələr