AZ

Mustafa Ceceli, Bengü və digər məşhurlar saxlanıldı

Türkiyədə İstanbul Beykoz Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində tanınmış şəxslərin də daxil olduğu 9 şübhəli haqqında saxlanılma, axtarış və müsadirə qərarı verilib.
 
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
 
Məlumata görə, narkotik və ya stimullaşdırıcı maddələrin satın alınması, qəbul edilməsi, saxlanılması, istifadəsi və təmin edilməsi ittihamları üzrə toplanmış dəlillər əsasında eyni vaxtda əməliyyatlar keçirilib.
 
Barələrində hüquqi prosedurların başlandığı məşhurlar arasında Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimler, Mustafa Ceceli, Ersay Üner, Bengü, Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan da var.
 
Seçilən
11
moderator.az

1Mənbələr