AZ

İranın müharibəni dayandırmaq üçün 10 ŞƏRTİ: Hörmüz boğazı pullu olacaq

İranın müharibənin dayandırılması üçün irəli sürdüyü 10 şərti açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

İran İslam Respublikası müharibəyə tam son qoyulması üçün vasitəçilərə 10 bənddən ibarət tələblər siyahısını təqdim edib.

Tehran müvəqqəti atəşkəs variantlarını rədd edərək, münaqişənin tam və daimi həllində maraqlı olduğunu vurğulayır.

İranın irəli sürdüyü şərtlər aşağıdakılardır:

  1. İranın bir daha hücuma məruz qalmayacağına dair öhdəlik — ABŞ və müttəfiqlərinin İrana qarşı bütün hücumlarına son qoyulması;

  2. Müharibənin daimi şəkildə bitdiyinin elan edilməsi (yalnız müvəqqəti atəşkəs deyil);

  3. İsrailin Livanda “Hizbullah”a qarşı hücumlarını dayandırması;

  4. İrana qarşı tətbiq olunan bütün Amerika sanksiyalarının ləğvi;

  5. İranın regiondakı müttəfiqlərinə qarşı bütün hərbi əməliyyatların dayandırılması;

  6. Hörmüz boğazından təhlükəsiz keçidin açılması;

  7. Hörmüz boğazından keçən hər bir gəmidən ödəniş alınması — hər gəmi təxminən 2 milyon dollar (təxminən 3 400 000 manat) ödəyəcək;

  8. Boğazdan keçid rüsumlarından əldə olunan gəlirlərin Omanla bölüşdürülməsi;

  9. Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün yeni qaydaların müəyyən edilməsi;

  10. Gəlirlərin bir hissəsinin müharibə nəticəsində zərər çəkmiş infrastrukturun bərpasına xərclənməsi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr