AZ

İranın Cübeyli vurmasının qlobal zərəri - 6-8%

İran Səudiyyə Ərəbistanındakı Cübeyl sənaye zonasına zərbə endirmək üçün ballistik raketlərdən və dronlardan istifadə edib.

Musavat.com xəbər verir ki, “Tasnim” agentliyinin məlumatına görə, hücum neft-kimya kompleksini hədəf alıb və bu da enerji obyektlərində böyük yanğına səbəb olub.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi raket qalıqlarının enerji infrastrukturunun yaxınlığında düşdüyünü və zərərin dəqiq miqyasının hazırda dəqiqləşdirildiyini bildirib.

Cübeyl dünyanın ən böyük sənaye şəhəri hesab olunur və Fars körfəzi sahilində yerləşir.

Agentliyin məlumatına görə, şəhərdə qlobal neft-kimya istehsalının təxminən 6-8%-ni təşkil edən müəssisələr yerləşir və sənaye zonasının özü 1000 kvadrat kilometrdən çox ərazini əhatə edir.
Hazırda itkilər barədə məlumat yoxdur.

Musavat.com

 

Seçilən
15
musavat.com

1Mənbələr