AZ

DƏHŞƏT: şagird sinif rəhbərini bıçaqlayıb ÖLDÜRDÜ

Rusiyanın Perm diyarında məktəbdə faciə olub.

NOCOMMENT.az xəbər verir ki, Dobryanka şəhərində yerləşən 5 nömrəli məktəbdə rus dili və ədəbiyyatı müəllimi, direktor müavini Olesya Baquta yeniyetmənin hücumuna məruz qalıb.

Hadisə məktəbin girişinə yaxın ərazidə baş verib. Belə ki, məktəbin 9-cu sinif şagirdi müəllimə bıçaqla hücum edib. Yaralı müəllim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hücumu törədən 17 yaşlı, 9-cu sinif şagirdi saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq davam edir.

İlkin məlumatlara əsasən, hücum edən şagirdin akademik problemləri olub və onun imtahanlara buraxılıb-buraxılmayacağı məsələsi mübahisə mövzusu olub. Hadisənin bu səbəbdən baş verməsi ehtimal edilir.

Hazırda hüquq-mühafizə orqanları və psixoloqlar məktəbdə şagirdlərlə işləyir, hadisənin bütün detalları araşdırılır./milli.az/

Seçilən
19
1
nocomment.az

2Mənbələr