İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası hesab edir ki, bu qadağa birbaşa onların "Samvel Karapetyanla Güclü Ermənistan" blokuna qarşı yönəlib. Partiya bunu hakimiyyətin Karapetyanın artan nüfuzundan qorxması kimi qiymətləndirir.
Hüquqşünas Qohar Meloyan qeyd edir ki, Venesiya Komissiyasının qaydalarına görə, seçkilərə bir il qalmış qanunvericiliyə fundamental dəyişiklik edilə bilməz. Mərkəzi Seçki Komissiyasının sənəd qəbuluna cəmi bir neçə gün qalmış belə bir dəyişikliyin edilməsi "seçiciyə müharibə elan etmək" kimi səciyyələndirilir.
7 iyun seçkilərində Nikol Paşinyanın "Mülki Müqavilə", Robert Köçəryanın "Ermənistan" bloku, Qagik Tsarukyanın təşəbbüs qrupu, həmçinin Levon Ter-Petrosyan və Ayk Marutyanın komandaları mübarizə aparacaq.
Müxalifət beynəlxalq tərəfdaşları Ermənistan hakimiyyətinin bu "qayda pozuntusuna" reaksiya verməyə çağırıb.