AZ

Xalq yazıçısını əsibələşdirən məmurlar: “Yox, yox, burada oturmayın!”

"Azdrama"da Rasim Balayevin dəfn mərasimində iştirak etdim. Boş oturacağa təzəcə əyləşmişdim ki, iki qız içəri girdi. Biri kök, amma çox hərəkətli və narahat, digəri arıq, amma çox özünəinamlı idi, hər ikisi də zahirən bürokrat idi — məmur (bu sözü çox sevirəm!)"

"Yeni Sabah" xəbər verir ki, bunu Xalq yazıçısı Natiq Rəsulzadə bildirib.

O, postunun davamında qeyd edib: "Yox, yox, burada oturmayın!" - deyə qızlar isterik şəkildə, amma asta səslə qıy-qışqırıq saldılar. "Yerinizi dəyişin! Nazir müavininin köməkçisi burada OTURACAQ (bu sözü məmurlara tətbiq etməyi çox sevirəm!), yanında da müavininin müavini..."

Onlara baxıb düşündüm: İlahi, axı bu iki qonaq oturtma mütəxəssisilərinin özləri də yüksək vəzifəli məmur olmağa can atır və məmur olduqda onlar yazıçıya deyəcəklər:

"Ssenarini səhv yazmısınız!"

İlahi, mənə rəhm et!"


Telegram kanalımız
Seçilən
32
yenisabah.az

1Mənbələr