AZ

Saat 14:00-da işıq kəsiləcək -

Culfa rayonunun 18 kəndində bu gün elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumata verilib. Bildirilib ki, fasilələr şəbəkədə aparılacaq planlı təmir-bərpa işləri ilə əlaqədardır:

"Enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki vəziyyətin yoxlanılması məqsədilə 35 kV-luq "Əbrəqunus" hava xəttində və eyniadlı yarımstansiyada gərginliyin açılması nəzərdə tutulub. Təmir işləri ilə əlaqədar olaraq saat 14:00-dan 16:00-dək rayonun Əbrəqunus, Xoşkeşin, Teyvaz, Ləkətağ, Milax, Ərəfsə, Bənəniyar, Göydərə, Saltaq, Əlincə, Xanəgah, Qazançı, Ərəzin, Boyəhməd, Gal, Şurud, Camaldın, Qızılca və Kırna kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq".

Seçilən
6
27
metbuat.az

10Mənbələr