Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp “Orion” kosmik gəmisinin “Artemida-2” missiyası çərçivəsində Ay ətrafında dövrəni tamamlayan ekipajını Ağ Evdə qəbul edəcəyini vəd edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Tramp kosmik gəmi ekipajı ilə əlaqə zamanı bildirib.
“Oval ofisdə sizi qəbul etməyi səbirsizliklə gözləyirəm. NASA rəhbəri Cared Ayzekmanı sizə yaxınlaşdırmağı xahiş edəcəyəm və sizdən imzalarınızı istəyəcəyəm. Adətən imza istəmirəm, amma siz buna layiqsiniz”, – deyə prezidet qeyd edib.
Trampın kosmik gəmisinin heyəti ilə söhbəti ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının rəsmi saytında yayımlanıb.
Prezident qeyd edib ki, son zamanlar bir çox qürurverici hadisələr yaşansa da, heç nə sizin yarım əsrdən çox müddətdən sonra Ay ətrafında dövrə vuraraq Yerə ən uzaq məsafədə uçuş rekordu qırmağınız qədər önəmli deyil.
Daha əvvəl pilotlu kosmik gəmi “Orion” Yerə ən uzaq məsafəyə – 252 756 mil (406 771 km) məsafəyə yaxınlaşıb. Gəmi Ayın əks tərəfini dövrə vuraraq bu məsafəyə çatıb və Yer peykinə 4 067 mil (6 452 km) yaxınlaşıb. Beləliklə, astronavtlar insanın Yer səthindən uçuşda yeni rekordunu müəyyən ediblər və “Apollon-13” ekspedisiyasının nailiyyətini üstələyiblər.
SLS daşıyıcı raketi və “Orion” kosmik gəmisindən ibarət “Artemida-2” missiyası 1 aprel yerli vaxtla 18:35-də (2 aprel 02:35) Florida ştatının Con Kennedi Kosmik Mərkəzindən start götürüb. Missiyanın ümumi müddəti 10 gün planlaşdırılıb. Ay üzrə son pilotlu missiya 1972-ci ilin dekabrında “Apollon-17” ekspedisiyası çərçivəsində baş tutub.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.