AZ

İslam Maxaçev gürcüəsilli döyüşçüyə qəzəbləndi: “İliya, bəsdir danışdın”

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyalı döyüşçü, UFC-nin yarımorta çəkidə çempionu İslam Maxaçev gürcüəsilli ispaniyalı idmançı İliya Topuriya ilə döyüşünün niyə baş tutmadığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, döyüşçü fikrini sosial şəbəkə vasitəsi ilə ictimailəşdirib.

“Topuriya və onun komandasının uydurduğu hekayələri dinləməkdən yorulmuşam. Mənə zəng etdilər və Ağ Evdə döyüş təklif etdilər. Razılaşdım. Növbəti gün dedilər ki, o, real olmayan qonorar istəyib. UFC bu şərtləri qəbul etmədi və o, döyüşdən imtina etdi. Məsələ budur, başqa heç nə yoxdur. Hətta onun meneceri də bunu təsdiqlədi.

İliya, bəsdir danışdın. Hər müsahibədə fərqli hekayə danışırsan. Döyüşdən imtina edən sənsən və bunu özün də bilirsən”, - deyə Maxaçev sosial şəbəkədə yazıb.

İslam Maxaçev MMA-da 29 döyüş keçirib və 28 qələbə qazanıb. İliya Topuriyanın hesabında isə 17 döyüşdə 17 qələbə var.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
icma.az

1Mənbələr