AZ

STM şirkəti yeni uzunmənzilli kamikadze PUA hazırlayıb – VİDEO

Türkiyənin STM şirkəti yeni uzunmənzilli kamikadze pilotsuz uçuş aparatını (PUA) ictimaiyyətə təqdim edib.

“Poliqon” xəbər verir ki, STM tərəfindən hazırlanmış yeni PUA-nın videogörüntüsü şirkətin rəsmi sosial media hesablarında paylaşılıb.

Paylaşımda sistemin texniki xüsusiyyətləri və imkanları barədə ətraflı məlumat açıqlanmasa da, yaxın zamanda rəsmi təqdimatının olacağı qeyd olunub.

Yeni platformanın uzun mənzilə malik olması onun taktiki və operativ səviyyədə istifadə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə biləcəyinə işarə edir.

Seçilən
43
poliqon.az

1Mənbələr