AZ

İrandan dəhşətli qərar: Sənət adamlarından, gənclərdən "canlı zəncir" yaradır

İranın gənclər və idman nazirinin müavini Əlirza Rəhimi ölkə gənclərini ABŞ-ın infrastruktur obyektlərini məhv etmək hədələrinə qarşı birləşməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Nazir müavini gəncləri, mədəniyyət və incəsənət xadimlərini, həmçinin idmançıları strateji əhəmiyyətli elektrik stansiyalarının ətrafında "canlı sədd" yaratmağa səsləyib.

"Bütün gəncləri, sənət adamlarını və çempionlarımızı "İran gənclərinin aydın gələcək naminə canlı zənciri" adlı milli kampaniyaya qoşulmağa dəvət edirəm. Baxışlarımızdan və zövqlərimizdən asılı olmayaraq, biz əl-ələ verib bütün dünyaya "İctimai infrastruktura hücum hərbi cinayətdir" mesajını verəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl BMT ABŞ-ın mülki infrastrukturu, xüsusilə elektrik stansiyaları və körpüləri hədəf alan bəyanatlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Seçilən
0
publika.az

1Mənbələr