AZ

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir (FOTO)

Bakı. Trend:

7 aprel Azərbaycan Hava Yollarının (AZAL) yaranmasının 34-cüildönümüdür. 1992-ci ilin məhz bu günündə təsis edilmiş AZALsərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsasprioritet kimi müəyyən edib. Bu əlamətdar tarix ölkəmizin dünyanınmüxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməsiistiqamətində atılmış ən mühüm addımlardan birini təmsil edir.

Yerli uçuşlar həyata keçirən milli aviadaşıyıcı kimifəaliyyətinə başlayan AZAL 34 il ərzində Azərbaycanda mülkiaviasiyanın inkişafında əvəzolunmaz bir rol oynamış və regionunaparıcı aviaşirkətlərindən birinə çevrilmişdir. Donanmanın vəmarşrut şəbəkəsinin genişləndirilməsi, beynəlxalq təhlükəsizlik vəxidmət standartlarının tətbiqi, həmçinin ixtisaslı aviasiyakadrlarının hazırlanması AZAL-ın fəaliyyəti müddətində əsasstrateji prioritet olaraq qalır.

Hazırda AZAL-ın donanmasında “Boeing”, “Airbus” və “Embraer”tipli 30-a yaxın müasir və yüksək komfortlu hava gəmisi mövcuddur.2032-ci ilədək donanmanın 50-dən çox təyyarə ilə genişləndirilməsiplanlaşdırılır. Bundan əlavə, AZAL yerli aviasiya kadrlarınınpeşəkar pilot kimi yetişdirilməsinə investisiya edərək insankapitalının inkişafına əhəmiyyətli töhfə verir. Bu hədəflərin hərbiri AZAL sərnişinlərini rahat səyahət imkanları ilə təmin etməkmissiyasına xidmət edir.

Yeni istiqamətlərə, yeni hədəflərlə

AZAL-ın daim genişlənən marşrut şəbəkəsi Azərbaycanın qlobalmiqyasda hava əlaqələrini gücləndirərək ölkəmizdə nəqliyyat vəturizm imkanlarının inkişafında əhəmiyyətli rol oynayır. Belə ki,2022-ci ildən bu günə kimi sərnişinlərin yeni mədəniyyətləri kəşfedə biləcəyi istiqamətlərin sayı təxminən iki dəfə artıb. HazırdaAZAL sərnişinlərinə dünyanın müxtəlif regionlarında yerləşənçoxsaylı şəhərlərə birbaşa uçuşlar təklif edir. Marşrut şəbəkəsininardıcıl şəkildə genişləndirilməsi həm işgüzar səfərlər, həm dəturistik səyahətlər üçün daha geniş seçim imkanı yaradır, həmçininAzərbaycanın əsas tranzit mərkəzi kimi mövqeyini daha damöhkəmləndirir.

Təhlükəsizlik və peşəkarlıq dəyişməz prioritetkimi

Fəaliyyət göstərdiyi bütün dövrlər ərzində AZAL uçuştəhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyatproseslərini beynəlxalq aviasiya standartlarına uyğun şəkildəinkişaf etdirib. Pilotların hazırlanması ilə yanaşı texniki heyətvə kabin əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsiüçün təlim proqramları həyata keçirilir. Yerli mütəxəssislərin həmölkə daxilində, həm də beynəlxalq səviyyədə praktiki təlimlərə cəlbolunması Azərbaycanda peşəkar aviasiya mühitinin formalaşmasınamühüm töhfə verir.

Eyni zamanda, beynəlxalq aviasiya qurumları ilə əməkdaşlıqçərçivəsində təhlükəsizlik, texniki xidmət və əməliyyatların idarəolunması sahələrində qabaqcıl təcrübələr tətbiq edilir. Bu yanaşmaölkənin milli aviadaşıyıcısına sərnişinlərə etibarlı, təhlükəsiz vəyüksək keyfiyyətli xidmət təqdim etməyə imkan yaradır.

Qlobal aviasiya məkanında tanınannailiyyətlər

Təsadüfi deyil ki, 34 illik fəaliyyəti ərzində AZAL xidmətkeyfiyyəti, təhlükəsizlik standartları və sərnişin məmnuniyyətisahəsində əldə etdiyi nəticələrlə müxtəlif nüfuzlu mükafatlaralayiq görülüb. 2015-ci ildə Böyük Britaniyanın dünyaca məşhur vəaviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsindəən mötəbər konsaltinq şirkəti “Skytrax” Azərbaycan Hava Yollarınanüfuzlu “4 ulduz” reytinqi verib. 2025-ci ildə isə AZAL artıq 5-cidəfə sözügedən mükafatla təltif olunub.

Bununla yanaşı, “SkyTrax” şirkəti 2018-ci ildə AZAL-ı “MərkəziAsiya və Hindistanda ən yaxşı regional aviaşirkət” kimi tanıyıb. Bunailiyyətin üzərindən çox keçmədən, 2020-ci ildə aviasiyaanalitik-sorğu nəşri olan “Official Airline Guide” (“OAG”)Azərbaycan Hava Yollarını Avropanın 2019-cu ilin ən punktualaviaşirkəti kimi tanıyıb. Ötən il isə AZAL “Skytrax” təşkilatınınkeçirdiyi “World Airline Awards 2025” mükafatı çərçivəsində“Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət”nominasiyasının qalibi elan olunub.

Böyük Qayıdış: Qarabağ səmasında əlamətdar dönüşnöqtəsi

Azərbaycanın milli aviadaşıyıcısı üçün xüsusi əhəmiyyət daşıyanhadisələrdən biri 2021-ci ildə uzun fasilədən sonra Qarabağsəmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnallarınınyenidən ötürülməsi olub. Bu siqnalları ilk qəbul edən məhz AZALtəyyarələri olub.

Yeni üfüqlərə doğru

34 illik bu inkişaf yolu ərzində əldə olunan uğurlar AZAL-ınregionda rəqabətqabiliyyətli mövqeyini və beynəlxalq aviasiyaməkanında etibarlı daşıyıcı kimi nüfuzunu bir daha təsdiqləyir.

AZAL-ın gələcəyə yönəlmiş inkişaf strategiyası yalnızsərnişinlərə təhlükəsiz və rahat uçuş təcrübəsi təqdim etməyideyil, eyni zamanda ölkəmizi qlobal hava məkanlarında etibarlışəkildə birləşdirən mühüm nəqliyyat qovşağı kimi möhkəmləndirməyihədəfləyir.

Məqalədə:
Seçilən
0
22
az.trend.az

10Mənbələr