AZ

“Yapı Kredi Bank Azərbaycan”-da pozuntu: cərimə tətbiq olundu

Azərbaycan Mərkəzi Bankı tərəfindən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Day.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, "Yapı Kredi Bank Azərbaycan" QSC tərəfindən prudensial hesabatların forması, məzmunu və təqdim olunması qaydalarının tələbləri pozulub.

 

Bununla əlaqədar olaraq, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 47-ci maddəsi rəhbər tutulmaqla, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən bankın vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.

Qeyd olunub ki, hesabatlılıq forması üzrə yol verilmiş pozuntular bankın maliyyə dayanıqlılığına hər hansı təhdid yaratmır.

Sözügedən bank 2007-ci ildə "Koç Bank" LQTSB adı ilə dövlət qeydiyyatına alınıb. Daha sonra rebrendiq edərək indiki adını - "Yapı Kredi Bank Azərbaycan" QSC olub. Nizamnamə kapitalı 55 milyon 380 min 703.88 manat olan bankın qanuni təmsilçisi Yuksel Cenk Caferdir.

Seçilən
17
1
day.az

2Mənbələr