AZ

Mustafa Ceceli, Simge Sağın və daha bir neçə məşhur şəxs saxlanıldı

Türkiyə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib və bir neçə tanlnmış müğənni, aktyor və sosial media fəalı saxlanılıb.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar arasında Simge Sağın, Melek Mosso, İbrahim Çelikol, Deha Bilimlier, Mustafa Ceceli, Ersay Üner, Aslı Sipahi Hacısüleymanoğlu, Ersay Üner, İlkay Şencan və Bengü Erden də var.

İstanbulun Beykoz Respublika Prokurorluğundan bildirilib ki, saxlanılan şəxslər narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi və ya saxlanması, narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsində şübhəli bilinirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr