AZ

TÜRKPA komissiyasının sədri: Türk dövlətləri arasında qarşılıqlı ticarətin həcmi 57 milyard ABŞ dollarıdır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 aprel, AZƏRTAC

Türk dövlətlərinin dünya iqtisadiyyatındakı payı təxminən 2 faizdir. Türk dövlətləri arasında qarşılıqlı ticarətin həcmi isə təxminən 57 milyard ABŞ dollarıdır.

AZƏRTAC xəbər verir ki, bunu TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının aprelin 7-də keçirilən on üçüncü iclasında komissiyanın sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Anas Bakkojayev deyib.

O bildirib ki, türk dövlətlərinin xarici ticarətinin həcmi 1,1 trilyon ABŞ dolları həcmindədir. Türk dövlətləri öz aralarında, həmçinin Asiya və Avropa bazarlarına ixracı artırmaq üçün böyük imkanlara malikdirlər. “Bu isə, öz növbəsində, ölkələrimiz arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, daxili ticarətin artırılması yolu ilə iqtisadi diversifikasiyanın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı ilə türk əməkdaşlığının möhkəm təməlini təşkil etməlidir. Bunun üçün lazımi addımlar atılmaqdadır”, - deyə Anas Bakkojayev diqqətə çatdırıb.

Müəllif - Tərgül Babayeva

Foto - Aydın Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
2
azertag.az

3Mənbələr