AZ

Xəzər dənizində zəlzələ olub

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 07:35-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 72 kilometr olub.

Seçilən
62
22
azertag.az

10Mənbələr