İrandan atılan raketlərin qalıqları Səudiyyə Ərəbistanının Şərq əyalətindəki enerji obyektlərinə düşərək ziyana səbəb olub.
Musavat.com xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, "ballistik raket qalıqları enerji obyektlərinin yaxınlığında düşüb".
Nazirlik əlavə edib ki, "hazırda ziyanın qiymətləndirilməsi aparılır".
Bəyanatda dağıntıların hansı obyektlərə dəydiyi dəqiqləşdirilməyib.
Səudiyyə ordusu həmçinin bildirib ki, "ölkənin hava hücumundan müdafiə qüvvələri Krallığın Şərq əyalətində İrandan atılan yeddi raketi ələ keçirib və məhv edib".
Musavat.com