Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı tərəfindən “Yapı Kredi Bank Azərbaycan”QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Trend xəbərverir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata əsasən, “Yapı Kredi Bank Azərbaycan” QSC tərəfindənprudensial hesabatların forması, məzmunu və təqdim olunmasıqaydalarının tələbləri pozulub.
Bununla əlaqədar olaraq, “Banklar haqqında” AzərbaycanRespublikası Qanununun 47-ci maddəsi rəhbər tutulmaqla, İnzibatiXətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən bankın vəzifəlişəxsi 1 500 manat məbləğində cərimə edilib.
Qeyd olunub ki, hesabatlılıq forması üzrə yol verilmişpozuntular bankın maliyyə dayanıqlılığına hər hansı təhdidyaratmır.
Sözügedən bank 2007-ci ildə “Koç Bank” LQTSB adı ilə dövlətqeydiyyatına alınıb. Daha sonra rebrendiq edərək indiki adını -“Yapı Kredi Bank Azərbaycan” QSC olub. Nizamnamə kapitalı 55 milyon380 min 703.88 manat olan bankın qanuni təmsilçisi Yuksel CenkCaferdir.