AZ

“Elbit Systems” Yunanıstan Silahlı Qüvvələrinə PULS YARS-lar tədarük edəcək

“Elbit Systems” şirkəti Yunanıstan Silahlı Qüvvələrinə PULS yaylım atəşli reaktiv sistemlərin (YARS) tədarükü üçün təxminən 750 milyon ABŞ dolları (650 milyon avro) dəyərində müqavilə qazanıb.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, müqavilə 4 il ərzində həyata keçiriləcək.

Bundan əlavə, saziş 10 illik texniki dəstək və xidmət müddətini də əhatə edir.

Müqavilə çərçivəsində “Elbit Systems” tərəfindən PULS buraxılış qurğuları və geniş sursat paketi təqdim olunacaq. Bu paketə təlim raketləri, müxtəlif məsafələr üçün yüksək dəqiqlikli idarəolunan raketlər və süzən sursatlar daxildir.

PULS YARS sistemi həm idarə olunmayan raketləri, həm yüksək dəqiqlikli sursatları, həm də müxtəlif mənzilli raketləri buraxa bilən kompleks və sərfəli bir həll təqdim edir. Sistem həm təkərli, həm də tırtıllı platformalara uyğunlaşdırıla bilir ki, bu da texniki xidmət və təlim xərclərinin əhəmiyyətli dərəcədə azalmasına imkan yaradır.

Yunanıstan hökumətinin siyasətinə uyğun olaraq, layihə çərçivəsində yerli yunan sənaye müəssisələri ilə əməkdaşlıq ediləcək, texnologiya transferi və bilik paylaşımı həyata keçiriləcək.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

hellenic

hellenic

Seçilən
35
poliqon.az

1Mənbələr