Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mübarizəsi davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün iki qarşılaşma keçiriləcək.

İlk olaraq "Lənkəran" və "Gəncə" komandaları parketə çıxacaq.

Görüş Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da başlayacaq.

Daha sonra isə "Sumqayıt" NTD ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu oyun isə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, ilk oyunlardan sonra "Gəncə" və NTD seriyada öndədir. İki qələbəyə ilk çatan komanda növbəti mərhələyə yüksələcək.

ABL, pley-in mərhələsi

7 aprel (çərşənbə axşamı)

15:00 "Lənkəran" - "Gəncə" (seriyada hesab - 0:1)

Lənkəran Olimpiya İdman Kompleksi

19:00 "Sumqayıt" - NTD (seriyada hesab - 0:1)

Sumqayıt Olimpiya İdman Kompleksi