Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 05:55-də qeydə alınan zəlzələnin maqnitudası 4,3 olub.
Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.