Braziliyanın "Korintians" klubu baş məşqçi postuna Fernando Dinisi təyin edib.
"Report"un kluba istinadən məlumatına görə, 52 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
O, bu vəzifədə Braziliya çempionatının X turunda "İnternasional"a məğlubiyyətdən (0:1) sonra istefaya göndərilən Dorival Junioru əvəzləyib.
Hazırda ardıcıl 9 oyundur qələbə qazana bilməyən "Korintians" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb və aşağı liqaya düşmə zonasından cəmi 2 xal uzaqdadır.
Qeyd edək ki, F.Dinis bundan əvvəl Braziliya millisi ilə yanaşı, A Seriyasında "Vasko da Qama", "Fluminense", "Santos" və "San Paulu" klublarında çalışıb.