AZ

Tramp İrana hücumları son anda təxirə sala bilər

ABŞ Prezidenti Donald Tramp İranın mülki və enerji infrastrukturuna zərbə endirmək vəzifəsini təxirə sala bilər.

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi bildirib ki, Donald Tramp hazırda qısa müddət ərzində vacib bir qərar qəbul etməlidir:

“İranın infrastrukturunu məhv etmək təhdidini yerinə yetirmək, yoxsa danışıqlara şans vermək üçün öz müddətini yenidən təxirə salmaq”, - deyə siyasətçi vurğulayıb.

O qeyd edib ki, əgər Ağ Ev rəhbəri razılaşmanın əldə olunduğunu görsə, yəqin ki, gözləyəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
19
missiya.az

1Mənbələr