AZ

BDU nümayəndə heyəti “Study in Azerbaijan” sərgisinin açılış mərasimində iştirak edib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 7 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisinin açılış mərasimində iştirak edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Açılış mərasimində Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxış ediblər, daha sonra sərginin rəsmi açılışı olub.

“Study in Azerbaijan” sərgisi Azərbaycanın ali təhsil imkanlarının təqdim edilməsi, xarici tələbələr üçün mövcud təhsil və təqaüd imkanlarının izah olunması, həmçinin universitetlər arasında birbaşa əlaqələrin qurulması məqsədilə təşkil edilib. Tədbirdə müxtəlif ali təhsil müəssisələri öz proqramları, qəbul qaydaları və təhsil imkanları barədə məlumat təqdim edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
azertag.az

1Mənbələr