AZ

TDT-nin ÜDM-i 2,1 trilyon dolları keçir, dünya iqtisadiyyatındakı payı 2%-dir - Qazaxıstanlı deputat

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının ümumi daxili məhsul 2,1 trilyondollardan çoxdur, türk dövlətlərinin dünya iqtisadiyyatındakı payıtəxminən 2 faizdir.

Trend xəbərverir ki, bunu TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri,Qazaxıstan Parlamenti Məclisinin deputatı Anas Bakkojayevkomissiyanın bu gün “TÜRKPA üzv dövlətlərinin birgə iqtisadifəaliyyətinin həyata keçirilməsinin reallıqları və perspektivləri”mövzusunda on üçüncü iclasında deyib.

O bildirib ki, türk dövlətləri arasında qarşılıqlı ticarətinhəcmi isə təxminən 57 milyard dollar təşkil edir. Türkdövlətlərinin xarici ticarətinin ümumi həcmi isə 1,1 trilyon ABŞdolları miqdarındadır.

Deputat vurğulayıb ki, ölkələr arasında iqtisadi inkişafa töhfəverən müxtəlif faydalı təsirlər mövcuddur. Sahələrin müəyyənedilməsi, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığın nizamlışəkildə qurulmasına əsaslanır:

"Bu çərçivədə iqtisadi əməkdaşlığın inkişafı, qarşılıqlı faydalıiqtisadi və ticarət əlaqələrinin genişlənməsinə səbəb olur.İqtisadi münasibətlərin hüquqi bazasının formalaşdırılmasıvacibdir. Türk dövlətləri arasında qarşılıqlı əlaqələringücləndirilməsi istiqamətində müxtəlif qurumlar yaradılır. İqtisadifəaliyyətləri gücləndirmək məqsədilə konkret layihələr həyatakeçirilir".

Anas Bakkojayev əlavə edib ki, bu proseslər türk dünyasındaiqtisadi əlaqələrin daha da güclənməsinə, əlaqələrin dərinləşməsinəvə ümumi inkişafın sürətlənməsinə xidmət edir.

"Əsas məqsəd ölkələr arasında ortaq fəaliyyətin təşviq edilməsi,iqtisadi potensialın daha effektiv şəkildə üzə çıxarılması vəəməkdaşlığın genişləndirilməsidir. Xüsusilə üzv dövlətlər arasındabu cür fəaliyyətlərin koordinasiyası və mövcud məsələlərinöyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu istiqamətdə görülən işlər ölkələrimizin inkişafına müsbəttəsir göstərəcək. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsiisə bu prosesin davamlılığını təmin edəcək", - deyə o fikrinitamamlayıb.

Məqalədə:
Seçilən
22
2
az.trend.az

5Mənbələr