AZ

Abşeronda yeni yarımstansiya tikiləcək - 4,1 milyon manatlıq LAYİHƏ

Bakı. Trend:

Abşeron rayonu ərazisində yeri yarımstansiya tikiləcək.

Trend-inməlumatına görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıqbununla bağlı müvafiq işlərə start verib.

Belə ki, görləcək işlər çərçivəsində Novxanı qəsəbəsi ərazisindəyerləşən mövcud 6/0,4 kV-luq 919 saylı Paylayıcı Qurğunun(PQ)əvəzinə 35/6 kV-luq yeni yarımstansiyanın tikintisi nəzərdətutulur.

“Azərişıq” ASC hazırda sözügedən işlərin icrasını həyatakeçirəcək şirkəti müəyyənləşdirməkdədir.

Məlumata əsasən, yeni yarımstansiyanın tikintisinin 4,1 milyonmanata başa gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,347 milyardkilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib. Bugöstərici 2025-ci eyni aylarındakı göstərici ilə müqayisədə 237,1milyon kVt/saat və ya 5,2% azdır.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 4,212 milyardkVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə 216 milyonkVt/saat və ya 4,9% azalma deməkdir.

Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-fevralaylarında 671,6 milyon manat dəyərində məhsul istehsal olunub vəxidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi vəemalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 milyonmanat təşkil edib.

Seçilən
23
3
az.trend.az

7Mənbələr