AZ

Pakistanın 12 günlük nefti qalıb

Yaxın Şərqdə eskalasiyaların davam etməsi və Hörmüz boğazında beynəlxalq neft daşımalarının məhdudlaşdırılması fonunda ölkədə neft ehtiyatları yalnız 12 gün üçün kifayət edə bilər.
ONN media xəbər verir ki, bu barədə Pakistanın Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, ölkəyə daxil olan yüklər və planlaşdırılmış idxal hesabına neft ehtiyatları təmin edilir. Qurum həmçinin vurğulayıb ki, neft emalı zavodları optimal səviyyədə fəaliyyət göstərir və benzin, dizel yanacağı, eləcə də neft təchizatı ilə bağlı ümumi vəziyyət hələlik sabit olaraq qalır.
Qeyd edək ki, Pakistanda hazırda enerji təminatı ilə bağlı böhran yaşanır.

Seçilən
9
2
onn.az

5Mənbələr