AZ

Vens İranla danışıqlara qoşulmağı gözləyir

ABŞ-ın vitse-prezidenti J.D.Vens vasitəçilərin mövcud əlaqələri nəticəsində İran nümayəndələri ilə mümkün birbaşa danışıqlarda iştirak edəcək.

Musavat.com xəbər verir ki, məlumatı "Politico" mənbələrə istinadən yayıb.

Mənbələrin sözlərinə görə, "Vens gözləmə rejimindədir və pərdəarxası əlaqələr İran rəhbərliyi ilə üzbəüz görüşlə nəticələnərsə, İranla həssas danışıqlara başlamağa hazırdır".

Qəzet qeyd edir ki, bu mərhələdə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner hazırda İranla əlaqələrdədirlər, "lakin cütlük əhəmiyyətli irəliləyiş əldə edərsə, Vens qoşula bilər".

ABŞ prezidenti Donald Tramp daha əvvəl Vaşinqton və Tehran arasında danışıqların aparıldığını və bu danışıqlarda Vens və Uitkoffun iştirak etdiyini demişdi.

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr