AZ

ABŞ-ın 3 hərbçisi xilasetmə əməliyyatı zamanı yaralanıb

İranda F-15 pilotunun xilasetmə əməliyyatı zamanı helikopter atəşə tutulub və ABŞ-nin 3 hərbçisi yaralanıb...

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E qırıcısının 3 aprel tarixində İran üzərində vurulması nəticəsində və sonrakı xilasetmə əməliyyatı zamanı ümumilikdə üç amerikalı hərbçi yaralanıb.

Poliqon xəbər verir ki, bu barədə Associated Press (AP) Agentliyi ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, yaralananlar arasında vurulan F-15E qırıcısının silah sistemləri operatoru, həmçinin pilotun təxliyəsi üçün həyata keçirilən xilasetmə əməliyyatında iştirak edən helikopter heyətinin iki üzvü yer alır.

Bildirilir ki, xilasetmə əməliyyatı zamanı istifadə olunan HH-60 “Jolly Green II” tipli helikopterlər yer səviyyəsindən açılan intensiv atəşə məruz qalıb. Məlumata əsasən, helikopterlər müxtəlif istiqamətlərdən yüngül atıcı silahlarla atəşə tutulub.

Hadisə ABŞ və İran arasında gərginliyin davam etdiyi bir dövrdə baş verib və regionda təhlükəsizlik vəziyyətinin daha da mürəkkəbləşdiyini göstərir. Rəsmi qurumlar insidentin təfərrüatlarının araşdırıldığını bildirir.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr