Küveytdəki Əli əl-Salem hava bazasına edilən pilotsuz təyyarə hücumunda ən azı 15 amerikalı yaralanıb.
Musavat.com xəbər verir ki, CBS News bu barədə iki amerikalı məmura istinadən məlumat yayıb.
Onlar pilotsuz təyyarənin İran ərazisindən atıldığını bildiriblər. Bir mənbə kanala bildirib ki, yaralıların əksəriyyəti artıq xidmətə qayıdıb.
Daha əvvəl SEPAH mətbuat xidməti 98-ci zərbə dalğası zamanı Küveytdəki Əli əl-Salem bazasına və İraqdakı Viktoriya düşərgəsinə, eləcə də Tel-Əvivin şimal və cənubuna, Hayfaya, Petah Tikvaya və Beer-Şevaya hücum etdiyini bildirib.
Musavat.com