İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu haqqında “dövlət məmurunu vəzifəsinə görə təhqir etmə” ittihamı ilə istintaq başladılıb.
Bakıvaxt.az xarici mətbuata istinadla xəbər verir ki, Bakırköy Baş Prokurorluğu tərəfindən başlanılan istintaqın, İstanbul 40-cı Ağır Cəza Məhkəməsində baxılan bir iş zamanı səsləndirilən ifadələr əsasında öz təşəbbüsü ilə açıldığı bildirilib.
İddialara görə, İmamoğlu 6 aprel 2026-cı il tarixli məhkəmə iclasında, ictimaiyyətdə “mənfəət məqsədli cinayət təşkilatı” işi kimi tanınan dosyada çalışan məhkəmə nümayəndələrinə ünvanlanaraq belə deyib:
“Bu işdə tək cinayət təşkilatı var, o da ittiham tərəfidir”.
Bu ifadələr məhkəmə nümayəndələrinə yönəldiyi üçün “dövlət məmurunu vəzifəsinə görə təhqir etmə” çərçivəsində qiymətləndirildiyi və buna görə də istintaqın başladıldığı qeyd olunur.
Zeynəb Rzayeva