Panama Kanalı yaxınlığında yerləşən Amerika körpüsündə güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.
Bildirilib ki, yanacaq daşıyan yük maşınının partlaması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Panama Kanalı İdarəsi partlayışın kanalın fəaliyyətinə heç bir təsir göstərmədiyini bildirib.