AZ

MPL: Turan Tovuz un İmişli , Zirə nin Şamaxı sınağı, Sabah Araz Naxçıvan la qarşılaşır

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

Fanat.Az xəbər verir k, sonuncu oyun günündə 3 matç keçiriləcək.

Əvvəlcə "İmişli" Qubada "Turan Tovuz"u qəbul edəcək. İlk "üçlük"dəki yerini möhkəmləndirməyə çalışan qərb təmsilçisi səfərdən 3 xalla dönmək əzmindədir. "İmişli" ilk dövrədə Şamaxıda qəbul etdiyi rəqibinə uduzmuşdusa, ikinci dövrədə "Azərsun Arena"da qolsuz heç-heçəyə nail olmuşdu. 13 oyundur qələbənin nə olduğunu bilməyən debütant uğursuzluq seriyasına evdə son qoymağa çalışacaq.

Saat 17:15-də start götürəcək oyunda "Şamaxı" "Zirə"nin qonağı olacaq. Tərəflər arasında 1-ci dövrədə "Zirə", 2-ci dövrədə isə "Şamaxı" üstün olub. Bu mənada komandalardan biri digəri üzərində üstünlük əldə etmək istəyir. Ayxan Abbasovun baş məşqçisi olduğu bölgə təmsilçisi turnir cədvəlində 7-ci yerə yüksəlmək imkanını əldən qaçırmamağa çalışırsa, "Zirə" ilk "üçlüy"ə can atır.

Tur Mərdəkanda başa çatacaq. 19:30-da başlayacaq qarşılaşmada "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Lider mövqeyindəki üstünlüyünü qorumaq üçün bugünkü görüşdən maksimum xalla ayrılmaq əzmindədir.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Kəpəz” “Qəbələ”yə uduzub (0:2), "Neftçi" səfərdə “Sumqayıt”dan üstün olub (3:1), "Qarabağ" isə evdə autsayder “Karvan-Yevlax”a rəhm etməyib (7:0).

MPL

XXVI

7 aprel15:00. “İmişli” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, İslam Məmmədov.

VAR: Nicat İsmayıllı, Müslüm Əliyev.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Quba. Olimpiya İdman Kompleksinin stadionu.17:15. “Zirə” – “Şamaxı”

Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.

VAR: Rauf Cabarov, Pərvin Talıbov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Zirə. İdman Kompleksinin stadionu.19:30. “Araz-Naxçıvan” – “Sabah”

Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov.

VAR: Tural Qurbanov, Zeynal Zeynalov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Mərdəkan. “Liv Bona Dea Arena”.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
fanat.az

4Mənbələr