AZ

Daha bir məktəbdə insident: Şagird müəllimə bıçaqla hücum etdi

Rusiyanın Perm diyarının Dobryanka şəhərində müəllimə hücum edilib.

Publika.az xəbər verir ki, Perm diyarının qubernatoru Dmitri Maxoninin sözlərinə görə, 17 yaşlı yeniyetmə müəllimə bıçaqla hücum edib və nəticədə müəllimə ağır xəsarət alıb.

Qubernator bildirib ki, zərərçəkən hazırda xəstəxanadadır. Həkimlər əllərindən gələni edir və onun həyatı uğrunda mübarizə aparırlar.

Hücumçu artıq polis tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəlib və araşdırmalarını davam etdirirlər.

Seçilən
23
publika.az

1Mənbələr