AZ

Rusiyada məktəbdə müəllim bıçaqlanıb

RF Perm diyarının Dobryanka şəhərindəki məktəbin girişində bir yeniyetmə müəllimə bıçaq vurub və saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, Perm diyarının qubernatoru Dmitri Maxonin özünün Telegram kanalında bildirib.

Qubernator bildirib ki, müəllimin vəziyyəti ağır hesab olunur. O, xəstəxanaya yerləşdirilib.

Qubernator yeniyetmənin saxlanıldığını açıqlayıb. Hüquq-mühafizə orqanları hadisə yerində işləyir.

Seçilən
9
ucnoqta.az

1Mənbələr