AZ

Sürətlə yeriyən hər kəs 3 ortaq psixoloji xüsusiyyət daşıyır

Küçədə, ofisdə və ya yolda atılan addımlar əslində gizli bir psixoloji şifrə daşıyır. Son araşdırmalarına görə, yerimə sürətimiz sadəcə fiziki bir vərdiş deyil; o, xarakterimizin, özünəinamımızın və həyata baxış bucağımızın bir növ "rentgenidir".

Milli.Az xəbər verir ki, psixoloji araşdırmalar göstərir ki, qeyri-ixtiyari olaraq sürətlə yeriməyə meylli olan şəxslər ekstrovertlikdən (xarici aləmə açıqlıq) tutmuş güclü zaman qavrayışına qədər bir sıra bariz şəxsiyyət xüsusiyyətlərinə malikdirlər. "Social Psychological and Personality Science" jurnalında dərc olunan araşdırmaya görə, sürətlə yeriyənlər yavaş yeriyənlərə nisbətən daha yenilikçi, məsuliyyətli və açıq fikirli olurlar.

Klinik psixoloq Dr. Holli Şiff (Holly Schiff) bu vəziyyəti fiziki hazırlıqla izah edir: "Kifayət qədər enerjiyə malik olmaq bədəninizin gün boyu hərəkətə və aktivliyə hazır olması deməkdir ki, bu da təbii olaraq sizi daha sürətli yeriməyə sövq edir."

Açıq fikirli insanlar daim yeni təcrübələr axtarışındadırlar. Psixoloji analizlər göstərir ki, bu şəxslər maraqlı və macərapərəst olduqları üçün qeyri-adi və unikal hadisələr onların diqqətini çəkir. Beləliklə, sürətlə yeriyən profil dəyişiklikdən qorxmayan və "komfort zonasından" çıxmağa hazır bir duruş nümayiş etdirir.

Sürətli addımlar mütəxəssislər tərəfindən adətən güclü özünəinamın fiziki əksi kimi qiymətləndirilir. Dr. Şiff bildirir ki, sürətli yeriş "özünə inamı birbaşa əks etdirir". Bu xüsusiyyət həm də fərdin olduğu məkanda və mühitdə tərəddüd etmədən, rahatlıqla hərəkət edə bilmə qabiliyyətini göstərir.

Sürətli yerimənin təməlində dayanan digər mühüm amil yüksək zaman şüurudur. Bu insanlar vaxtı olduqca qiymətli hesab edir və passiv qalaraq zaman itirməkdən qaçırlar.

Onlar səmərəliliyi maksimuma çatdırmağa və dəqiqliyi təmin etməyə çalışırlar.

İnkişaf etmiş zaman qavrayışı bu şəxslərin prioritetləri daha yaxşı müəyyən etməsinə və sürətli qərarlar almasına kömək edir.

Bütün bu dinamik və proaktiv xüsusiyyətlərin mənfi tərəfi isə bariz səbrsizlikdir. Həyatın sürətli axınına uyğunlaşmağı refleks halına gətirən bu insanların dözüm hədləri ən çox "gözləmək məcburiyyətində qaldıqda" sınağa çəkilir. Ekspertlərin fikrincə, sürətlə yeriyən profillər haradasa vaxt itirməkdənsə, hər şəraitdə sürətli hərəkət edib nəticəyə çatmağa üstünlük verirlər.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
4
2
milli.az

10Mənbələr