Moskva və Karakas mövcud müqavilələr əsasında strateji tərəfdaşlığı genişləndirir...
Poliqon xəbər verir ki, Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Bağdasarov Moskva ilə Karakas arasında hərbi-texniki əməkdaşlığın davam etdiyini açıqlayıb. TASS Agentliyinə verdiyi müsahibədə diplomat bildirib ki, bu əməkdaşlıq qüvvədə olan müqavilə və razılaşmalar əsasında, hər iki ölkənin maraqları nəzərə alınmaqla həyata keçirilir.
Onun sözlərinə görə, Rusiya və Venesuela arasında strateji tərəfdaşlıq münasibətləri 2025-ci il mayın 7-də Moskvada imzalanmış və həmin ilin noyabrın 7-də qüvvəyə minmiş müqavilə ilə daha da möhkəmləndirilib. Bu sənəd iki ölkə arasında siyasi və iqtisadi sahələrlə yanaşı, enerji, faydalı qazıntıların hasilatı, nəqliyyat, rabitə, təhlükəsizlik və terrorizmə qarşı mübarizə istiqamətlərində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Qeyd olunur ki, tərəflər xüsusilə müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin inkişafına xüsusi önəm verir və mövcud layihələrin davam etdirilməsi istiqamətində iş aparır.
Eyni zamanda, Venesuelada siyasi vəziyyət də diqqət mərkəzində qalır. 2026-cı il yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlı qüvvələrinin Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi ölkə ərazisində saxlayaraq ABŞ-yə apardığı bildirilir. ABŞ tərəfi onları narkoterrorizm ittihamı ilə axtarır. Hazırda Venesuelada prezident səlahiyyətlərini müvəqqəti olaraq Delsi Rodriges icra edir.
Poliqon.info