AZ

Kolumbiyada 20 dəqiqəlik nəzarətsizlik faciə ilə bitdi: İki uşaq köhnə soyuducuda boğuldu

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kolumbiyanın Vista-Ermosa şəhərində valideyn nəzarətindən kənarda qalan iki azyaşlının həyatı faciəli şəkildə sonlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bədbəxt hadisəyə evdəki istifadəsiz soyuducu səbəb olub.

Qeyd olunub ki, valideynlər alış-veriş etmək məqsədilə evi qısa müddətə tərk ediblər. Cəmi 20 dəqiqə sonra evə dönən valideynlər səkkiz və beş yaşlı övladlarını evdə tapa bilməyiblər. Axtarışlar nəticəsində uşaqların köhnə soyuducunun içərisində qapalı vəziyyətdə qaldıqları məlum olub.

Ailə başçısının sözlərinə görə, cərəyana qoşulu olmayan cihazın qapısı uşaqlar gizlənpaç oynayarkən ehtiyatsızlıqdan bağlanıb və onlar içəridə çıxılmaz vəziyyətdə qalıblar. Valideynlər dərhal azyaşlıları tibb müəssisəsinə çatdırsalar da, həkimlərin reanimasiya cəhdləri fayda verməyib. Uşaqlarıb havasızlıqdan boğularaq öldüyü təsdiqlənib. Hazırda hüquq-mühafizə orqanları faciənin təfərrüatını araşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
oxu.az

1Mənbələr