AZ

ABŞ də nadir Lamborghini hərraca çıxarılır

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-də keçiriləcək hərracda 1972-ci il istehsalı olan xüsusi "Lamborghini Miura" superkarı satışa çıxarılacaq.

Oxu.Az "Mecum Auctions" hərrac evinin rəsmi saytına istinadən xəbər verir ki, nadir avtomobil üçün 4-5 milyon dollar əldə olunacağı gözlənilir.

Sözügedən avtomobil texniki göstəricilərinə və vəziyyətinə görə əsl "zaman kapsulu" hesab olunur. 54 il əvvəl istehsal edilməsinə baxmayaraq, ortamühərrikli bu kupe cəmi 1 516 km yol qət edib. Demək olar ki, istifadə olunmayan superkar yaxşı qorunub saxlanılsa da, İtaliyada tam bərpa edilərək ideal vəziyyətə gətirilib.

Hərraca çıxarılan bu "Lamborghini Miura SV" versiyası olduqca unikaldır. O, məhdud sayda - cəmi 150 ədəd istehsal edilən SV seriyasına aiddir. Avtomobil xüsusi mavi-sarı rəng kombinasiyasında təqdim edilən yeganə nümunədir. Salonu ağ dəri ilə işlənən superkar kondisioner və elektrik şüşəqaldıranlarla təchiz olunub.

"Miura SV" modelin son və ən təkmilləşdirilmiş versiyasıdır. Avtomobil yaxşılaşdırılmış aerodinamikaya və 385 at gücünə malik 4.0 litrlik V12 mühərriklə təchiz edilib. Beşpilləli mexaniki sürət qutusu ilə təchiz olunan bu superkar 0-dan 100 km/saat sürəti cəmi 5.5 saniyəyə yığır. Maksimal sürəti 290 km/saat olan bu model öz dövründə dünyanın ən sürətli seriyalı avtomobili hesab olunurdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
oxu.az

1Mənbələr