BAKI, 7 aprel. TELEQRAF
Küveytdə yerləşən Əli əl-Salim aviabazasına İranın pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində 15 ABŞ hərbçisi yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə gecə saatlarında baş verib.