AZ

SEPAH, Hizbullah və Ənsərullah İsrailə zərbə endirdi

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Yəmən üsyançı hərəkatı Ənsarullah (husilər) İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livanın Hizbullah hərəkatı ilə birgə əməliyyat keçirərək İsraildəki bir neçə hərbi hədəfi məhv edib.

Axar.az xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Sariya deyib.

“Ənsərullah, SEPAH və Livandakı müqavimət qrupları Ümm əl-Rəşrəş şəhərində (İsrailin Eylat şəhərində) bir neçə mühüm hərbi hədəfə qanadlı raket və PUA hücumu ilə müşayiət olunan kütləvi hücum həyata keçiriblər. Birgə əməliyyat məqsədlərinə uğurla çatıb", - deyə o bildirib.

Sariya həmçinin qələbəyə qədər hərbi əməliyyatları davam etdirəcəyini təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
74
axar.az

1Mənbələr