ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İrandakı münaqişə başa çatdıqdan sonra ispan dilini öyrənəcəyəm və Venesuela prezidenti postu uğrunda mübarizə aparmağa çalışacağam".
Oxu.Az "C-Span" telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.
"Mən bu işi bitirdikdən sonra Venesuelaya gedə bilərəm. İspan dilini tez öyrənəcəyəm. Venesuelaya gedəcəyəm. Mən prezidentliyə namizədliyimi irəli sürməyə hazırlaşıram", - deyə Tramp bildirib.
O vurğulayıb ki, bacarıqları sayəsində ispan dilini öyrənmək çox vaxt aparmayacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.