AZ

Texnoloji SƏHV: Pasxa bayramı vaxtından əvvəl QEYD OLUNDU

Minlərlə rusiyalı VPN səbəbindən Pasxa bayramını vaxtından əvvəl qeyd edib.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Rusiyada minlərlə vətəndaş VPN xidmətlərindən istifadə etdikləri üçün Pasxa bayramını təqvimdə göstəriləndən bir həftə əvvəl qeyd edib.

Məlum olub ki, xarici serverlər vasitəsilə axtarış edərkən “Google” axtarış sistemi pravoslav Pasxası (bu il aprelin 12-nə düşür) əvəzinə, katoliklər tərəfindən aprelin 5-də qeyd olunan Pasxa bayramının tarixini təqdim edib.

Bu səhv anlaşılma nəticəsində bir çox insan kuliç (Pasxa çörəyi) bişirib və yumurta boyayaraq bayramı vaxtından bir həftə əvvəl qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr