AZ

56 illik rekord YENİLƏNDİ: “Artemis II” heyəti Yer kürəsindən ən uzaq nöqtəyə ÇATDI

Bəşəriyyət yeni uçuş rekordu müəyyənləşib: “Artemis II” astronavtları Yer kürəsindən ən uzaq nöqtəyə çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

“Artemis II” missiyasının astronavtları kosmos tarixində insanlı uçuşlar üzrə yeni məsafə rekorduna imza atıblar.

Onlar Yer kürəsindən 406 765 kilometr uzaqlaşaraq, Ayın səthindən 8 min kilometr daha o tərəfə keçiblər.

Bu göstərici 1970-ci ildə “Apollon 13” missiyası tərəfindən qoyulmuş əvvəlki rekorddan təxminən 6 601 kilometr daha çoxdur.

Beləliklə, “Artemis II” heyəti bəşər tarixində Yer kürəsindən ən uzaq məsafəyə səyahət edən insanlar olublar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
interpress.az

1Mənbələr