Axsham.az saytına istinadən ain.az xəbər verir.
ABŞ-nin "Pepsi" şirkəti Böyük Britaniyada keçirilən "Wireless Festival" üçün sponsorluğunu dayandırdığını açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Qərarın səbəbi festivalın əsas iştirakçılarından biri olan milyarder repee Kanye Uest ətrafında yaranan tənqidlərdir. Reper son illərdə antisemit xarakterli açıqlamaları ilə ciddi narazılıq doğurub.
Böyük Britaniyanın baş naziri Keir Starmer festivala Kanyenin dəvət olunmasını narahatedici hal kimi qiymətləndirib. O bildirib ki, antisemitizm istənilən formada qəbuledilməzdir və buna qarşı qəti mübarizə aparılmalıdır.
Liberal-demokratların lideri Ed Davey isə hökuməti reperin ölkəyə girişinə qadağa qoymağa çağırıb.
Qeyd edək ki, Kanye Uest son dövrlərdə antisemit bəyanatları, “Heil Hitler” adlı mahnısı və svastika simvollu geyimlərin satışı ilə gündəmə gəlib. Yanvar ayında o, "The Wall Street Journal" qəzetinə ünvanladığı məktubda davranışlarına görə üzr istəyib və bunu bipolyar pozuntu ilə izah edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.