
İranın Təhsil Nazirliyi ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində ölkə üzrə 750 təhsil müəssisəsinə ziyan dəydiyini bildirib.
AFN.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Təhsil Nazirliyinin rəsmi açıqlamasına istinadən verilən məlumatda hərbi münaqişənin təhsil sektoruna vurduğu ağır zərbələr qeyd olunub.
"Müharibənin başlanğıcından bəri 60 müəllim və 250 şagird həlak olub. Daha 210 müəllim və şagird isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib" - deyə agentlik bildirib.
Nazirliyin məlumatına görə, zərər görmüş 750 təhsil müəssisəsinin bir çoxunda tədris prosesi tamamilə dayandırılıb. Dağıntılar və təhlükəsizlik riskləri səbəbindən minlərlə şagirdin təhsil almaq imkanı məhdudlaşıb. Dövlət qurumları hazırda zərərin miqyasını qiymətləndirməyə və bərpa işləri üçün planlar hazırlamağa çalışır.