AZ

Zelenski Putinə bu təklifi etdi- "Sən dayan, biz də dayanaq”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə enerji infrastrukturu üzrə qarşılıqlı zərbələrin dayandırılmasını nəzərdə tutan təklif irəli sürüb.

Musavat.com xəbər verir ki, dövlət başçısı müraciətində bildirib ki, Kiyev Moskvanın Ukraynanın enerji obyektlərinə hücumlarını dayandıracağı təqdirdə eyni addımı atmağa hazırdır.

“Əgər Rusiya Ukraynanın energetikasına zərbələri dayandırsa, biz də buna güzgü prinsipi ilə cavab verəcəyik. Bu təklifimiz amerikalılar vasitəsilə Rusiya tərəfinə çatdırılıb”, – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda enerji infrastrukturu əsas hədəflərdən biri olaraq qalır və bu cür təşəbbüslər gərginliyin azaldılması baxımından mühüm siqnal kimi qələmə verilir.

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr