ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son günlər döyüş meydanında əldə olunan uğurların ardından İran, savaşın sona çatması ilə bağlı 10 maddədən ibarət təklif paketini və şərtlərini təqdim edib.
Bizimyol.info xəbər verir ki, "Tesnim" xəbər agentliyinin verdiyi məlumata görə, İran bu təklifləri son günlər döyüş meydanında qazandığı üstünlükləri nəzərə alaraq Pakistan tərəfinə göndərib.
10 maddədən ibarət cavabında İran, keçmiş təcrübələri nəzərə alaraq atəşkəsi rədd edib və ölkənin həssaslıqlarını qoruyaraq müharibənin daimi olaraq sona çatdırılmasının vacibliyini vurğulayıb.
Təklif paketinə bölgədəki münaqişələrin sona çatdırılması, Hörmüz Boğazından təhlükəsiz keçid protokolu, yenidənqurma və sanksiyaların ləğvi kimi bir sıra İran tələbləri daxildir.
Bu addım, İranın orta və qərb bölgələrində şənbə və bazar günləri yaşanan hadisələr, ABŞ-ın hava endirmə (heliborne) əməliyyatının uğursuzluqla nəticələnməsi və ABŞ Prezidenti Donald Trumpın əvvəlki təhdidlərindən uzaqlaşaraq ültimatum müddətini yenidən uzatması fonunda, İranın müharibədəki üstünlüyünü bir daha nümayiş etdirməsi ilə əlaqəlidir.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.